Samir Şərifov Mikayıl Cabbarovla yola getmir?

Samir Şərifov Mikayıl Cabbarovla yola getmir? -İDDİA

Yaxın dövrlərdə maliyyə naziri Samir Şərifovun istefaya göndəriləcəyi gözlənilir.

Mötəbər mənbələrdən Gununsesi.info-ya daxil olan məlumata görə, Şərifov  17 illik nazir karyerasına son qoyacaq ciddi problemlərlə üzləşib.Mənbə bildirir ki, Samir Şərifov uzun müddətdir ki, ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarovla yola getmir.

Daha dəqiq, ölkə iqtisadiyyatına cavabdeh məmurun həyata keçirdiyi layihələrin maliyyələşdirilməsinə qarşı çıxıb.

Maliyyə naziri bunu dövlət büdcəsinə cavabdeh olması səbəbi ilə izah edib.

“Şərifov iqtidarda yeganə məmurdur Mikayıl Cabbarovun göstərişlərini icra etmir, qulaqardına vurur, hətta ondan ölkə rəhbərliyinə şikayətlər edir” deyə məlumatda bildirilir.

Uzun müddətdir davam edən bu qarşıdurma pik həddinə çatıb.

Mənbəmiz bildirib ki, bu çəkişmədə Şərifov məğlubiyyətə düçar olub.

“Yaxın günlərdə Samir Şərifov istefaya göndəıriləcək, onun yerinə Mikayıl Cabbarovla “rahat” işləyəcək nazir təyin olunacaq”, –  deyə mənbə vurğulayıb.
Hətta Samir Şərifovu əvəzləyəcək məmur da artıq müəyyənləşdirilib.

Bu, “Paşa Holdinq”in Baş icraçı direktoru Cəlal Qasımovdur.

Qeyd edək ki, Cəlal Qasımov İTV-nin baş direktoru Balaş Qasımovun qardaşıdır.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi