Saxta, plaqiat dissertasiyalar kimlər və necə hazırlayır?

Saxta, plaqiat dissertasiyalar kimlər və necə hazırlayır? 

Məni özünə həmkar sayan yeyimcil bir professor zəng edib deyir ki, qardaş, o son statusu sil. Alimləri az "palit" elə.

Özün pul qazanmağı bacarmırsan, bizə niyə mane olursan? (Alçaq şərəfsiliyi pul qazanmaq kimi təbliğ edir) Nə edək?

Rüşvət almayaq, özümüz seçib dissertant, doktorant etdiklərimizi aldadıb tələyə salmayaq,7 günə saxta dissertasiya montaj edib 10 min manata sırımayaq,şöbə müzakirəsindən 2-3 min, seminar müzakirəsindən 3-4 min, müdafə və digər mərhələlərdən 20-30 min rüşvət almayaq, redaktə bəhanəsi ilə kal və xam dissertantı soymayaq, qrantları, dövlət ayırmalarını basıb yeməyək, xüləs, dövlətə kələk gəlməyək, bu avam xalqın sayəsində kef çəkməyək, bəs nə edək? Quru maaşa oturub ölək?

Xatırladım ki, bazarkom görkəmində olan həmin pul professorunun neçə-neçə evi, dükanı, əlavə gəlir yerləri, tələbə, dissertant yanında hörməti və s. vardır.

Kələkbazların hörmət sahibi olduğu cəmiyyətdə yaşamaq nəsibimiz batsın, yəni kökləri kəsilsin bu heyvan xislətli canlıların!

Idris Abbasov
TEREF: Xocanın Blogu

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər