Səbail rayonunda tarixi binanın blokuna dair tavanın təmirinə ehtiyac duyulur

Səbail rayonunda tarixi binanın blokuna dair tavanın təmirinə ehtiyac duyulur -FOTO

Səbail rayonu Mehdi Hüseyn küçəsi,bina 79-un  yola baxan hissəsinə aid blokun tavan örtüyünün təmirə ehtiyacı var.

Bu barədə Faktinfo.az-a yazan sakinlər bildirirlər ki,binanın blokunu bir müddət əvvəl öz hesablarına müəyyən dərəcədə təmir etdiriblər.Amma təmirdən bir müddət sonra blokun tavanından xırda daşlar,sement hissələrindən ibarət qırıntılar yerə tökülməyə başlayıb.Hazırda tarixi binanın blokunda tavan örtüyünün təmirinə ehtiyac duyulur.

Hesab edirik ki,Səbail rayon İcra Hakimiyyətinin başçısı,rayon Mənzil Komunal Təsərrüfatı Birliyinin və ərazi Mənzil İstismarı İdarəsinin rəhbərliyi yaranmış vəziyyətə laqeyid yanaşmayacaqlar.

Qeyd edək ki,Səbail rayonu Mehdi Hüseyn küçəsi bina 79, Bakı Şəhər İcra Hakimiyyətinə yaxın ərazidə yerləşir.

Faktinfo.az




Səbail rayonunda tarixi binanın blokuna dair tavanın təmirinə ehtiyac duyulurSəbail rayonunda tarixi binanın blokuna dair tavanın təmirinə ehtiyac duyulurSəbail rayonunda tarixi binanın blokuna dair tavanın təmirinə ehtiyac duyulurSəbail rayonunda tarixi binanın blokuna dair tavanın təmirinə ehtiyac duyulurSəbail rayonunda tarixi binanın blokuna dair tavanın təmirinə ehtiyac duyulur
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪