Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə seçkilərlə bağlı antipiar aparmaq üçün 150 min manat ayrılıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə seçkilərlə bağlı antipiar aparmaq üçün 150 min manat ayrılıb 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə (SMDTM) növbədənkənar prezident seçkiləri ilə bağlı antipiar kampaniyası aparmaq üçün 150 min manat vəsait ayrılıb.

APA.az-ın məlumatlı mənbədən əldə etdiyi xəbərə görə, vəsaitin bir hissəsi müşahidəçi qruplarının hazırlanması, onlara təlimlərin keçirilməsi və müxtəlif regionlara göndərilməsi üçün nəzərdə tutulub: "Vəsaitin əsas hissəsi isə seçki günü xüsusi təlim keçirilmiş şəxslər vasitəsilə müxtəlif pozuntular törətməyə, bunların foto və video çəkilişlərini edərək, sosial şəbəkələrdə sponsorlu reklamlar vasitəsilə geniş auditoriyaya çatdırılması üçün saxlanılıb. Hətta Mərkəzə xarici himayədarlarından gələn təlimata görə əvvəlki illərə aid foto və videolar da mümkün qədər çox montaj olunaraq yayılacaq".

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki,Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Azərbaycan Ədliyyə Nazirliyində qeyri-hökumət təşkilatı kimi rəsmi dövlət qeydiyyatı mövcud deyil. Amma bu təşkilatın Bakı şəhərində daim fəaliyyət göstərən ofisi mövcuddur.

"Ofisin aylıq icarə haqqı təxminən 1500 manat civarındadır. Eyni zamanda, daimi əsaslarla 10-a yaxın əməkdaşı fəaliyyət göstərir. Təşkilatın sədri, koordinatorları, sosial media menecerləri, saytın adminləri var və bu şəxslər aylıq yüksək əmək haqqı alırlar", - mənbə qeyd edib.

Qeyd edək ki, SMDTM 2001-ci ildən bəri Azərbaycanda keçirilən bütün seçkilərdə müşahidə aparıb, "seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə" hesabatlar hazırlayaraq xarici donorlarına və beynəlxalq təşkilatlara göndərib. SMDTM-in donorları arasında müxtəlif dövrlərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək Fondu (NED), “German Marşal” Fondu və ABŞ səfirliyinin adı çəkilib.

Bu gün mediada Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin donorlara verdiyi vədi yerinə yetirə bilməməsi, növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün cəmi 50-60 müşahidəçi toplaya bilməsi barədə məlumat yayılıb. Məlumata görə, buna səbəb Anar Məmmədlinin müşahidəçilərə çox az qonorar vəd etməsi olub.

Mənbə:APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər