Şəfəq Hüseynli nazirliyi və AMADA-nı məhkəməyə verdi
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), və Gənclər və İdman Nazirliyi məhkəməlik olub.
İddiaçı qismində AMADA-da direkor vəzifəsində çalışmış Şəfəq Hüseynlidir.
Şəfəq Hüseynli haqsız olaraq işdən çıxarıldığını iddia edib.
Bakı Şəhər Nərimanov Rayonu Məhkəməsində hakim Aytən Novruzovanın icraatında olan məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - İşə bərpa, Əmək mübahisələri - Əmək haqqı tələbi ilə bağlıdır.
Xatırladaq ki, Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) yeni icraçı direktor təyin olunan Təhminə Tağı-zadə oktyabrın 23-də kollektivə təqdim olunub./32 gün.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın