SƏHİYYƏ NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİLİR - Altı vəzifəli şəxs saxlanılıb -

SƏHİYYƏ NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİLİR - Altı vəzifəli şəxs saxlanılıb - Yenilənib

Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar üzə çıxıb.

Bakupost.az-ın yaydığı məlumata görə,əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

Səidə Rüstəmovanın adı son günlərdə saxta setifikat məsələsində gündəmə gəlmişdi.

***

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

Azpolitika.info Bakupos.az-a istinadən xəbər verir ki,əməliyyat zamanı saxlanılanlar var.

Bildirilir ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

Xatırladaq  ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi