Səlçuk Bayraktardan Türkiyədəki meşə yanğınları ilə bağlı AÇIQLAMA
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ulaş Karasunun ittihamına münasibət bildirib.
Xatırladaq ki, CHP-nin Türkiyə parlamentindəki üzvü ölkədəki meşə yanğınlarına münasibət bildirərkən “Yanğınlar zamanı İHA-lar (pilotsuz uçuş aparatları - red.) harada idi?” fikrini ifadə edib.
Səlçuk Bayraktar isə şəxsi “Twitter” səhifəsində parlamentarinin ittihamına cavab verib.
O qeyd edib ki, bəziləri yandırmağın dərdində olarkən digərləri ölkəni yanğından qorumağa çalışır.
“Hal-hazırda altı “BayraktarTB2” PUA-mız komandamızın üzvləri ilə birgə 7/24 xidmətdədir. 2020-ci ildə 345, son 60 gündə isə 86 yanğın hələ ilkin alışma mərhələsində müəyyən edilib. Biz meşələri qorumaq üçün var gücümüzlə işləməyə davam edəcəyik. Bəs siz?”, - Səlçuk Bayraktar onların şirkətinin fəaliyyətinə kölgə salmağa çalışan deputata cavabında vurğulayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın