"Separatçılar revanşa ümid edir, amma bu, xülyadan başqa bir şey deyil"

"Separatçılar revanşa ümid edir, amma bu, xülyadan başqa bir şey deyil" -DEPUTAT

"2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı separatçı rejim ləğv elan olunsa da, Ermənistanda separatçıların təşkilatlanması və fəallaşması davam edir.

İrəvanda hələ də “Arsax nümayəndəliyi” qalır. Sabiq xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə separatçı komissiyanın yaradılması onların məkrli niyyətindən xəbər verir. Hətta Oskanyan populistcəsinə Qarabağ ermənilərinin qayıdışını koordinasiya edəcək komissiya da yaradıb. Halbuki, antiterror əməliyyatından sonra separatçı rejim artıq tarixin zibilliyinə atıldı.Bəzi məlumatlara görə, separatçılar böyük ümidlərlə gizli olaraq Ermənistan parlamentinin fraksiyaları və siyasətçilərlə çoxsaylı görüşlər keçirir. Görünən budur ki, separatçılar revanşa ümid edir, amma bu, xülyadan başqa bir şey deyil."

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin üzvü,deputat Könül Nurullayeva deyib.

Deputat onu da bildirib ki,bu yanaşma Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda bəyanatları ilə ziddiyyət təşkil edir.Çünki Paşinyan hökumət rəhbəri olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirsə, ölkəsində Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən separatçıların fəaliyyətinə dərhal son qoymalıdır. Amma Paşinyanın Münxen səfəri çərçivəsində erməni icması ilə görüşdə sərsəmləməsi, eyni zamanda ardınca Fransaya səfəri onun da dolayısı ilə separatçılara dəstək verdiyini təsdiqlədi. Üstəlik, Paşinyanla Parisdə keçirilən görüşdən sonra Makronun Fransanın Ermənistana hərbi texnika göndərəcəyi haqda açıqlaması isə Ermənistanın yeni Ukraynaya çevrilmə riskinin artdığını göstərir.Rusiya-Ukrayna münaqişəsindən əvvəl Qərbin Kiyevə dəstək şüarları sonda bu ölkəni poliqona çevirdi. Bu gün Paşinyanın Qərb liderləri tərəfindən boğazdan yuxarı təriflənməsi Ermənistana da Ukraynanın aqibətini yaşada bilər. Paşinyan bunun fərqinə varmalıdır, anlamalıdır ki, ölkəsinin rifahı Azərbaycanla sülhdən və birbaşa dialoqdan keçir. Separatizmə yenidən nəfəs vermək, revanşa həvəslənmək Ermənistanın sonu olacaq. Fransanın məqsədi Ermənistanı alət kimi istifadə edib Cənubi Qafqazda xaos yaratmaqla regionda bu və ya digər şəkildə yerləşməkdir.Amma Azərbaycanın prinsipial mövqeyi Parisin planlarını pozur. Ona görə Makron hər vəchlə Paşinyanı təsir altında saxlamaq, öz mərkli planlarını onun vasitəsilə reallaşdırmağa çalışır,- K.Nurullayeva qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər