Şərabçılıq üzrə tanınmış alim xarici ölkədə çalışmaq üçün təklif alıb

Şərabçılıq üzrə tanınmış alim xarici ölkədə çalışmaq üçün təklif alıb 

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun keçmiş direktoru,texnika elmləri doktoru,şərabçılıq üzrə tanınmış mütəxəssis Taryel Pənahov xarici ölkələrdən birində çalışmaq üçün təklif alıb.Bu barədə onun özü ilə dəqiqləşmə aparmaq istəsək də,danışmaq istəmədiyini bildirib.


Faktinfo.az xatırladır ki,Taryel Pənahov hakim dequstator kimi uzun illər tədbirlərdə iştirak edib.Keçmiş ittifaq respublikalarının şərabçı alimləri tərəfindən tanınan,üzümçülük və şərabçılıq təşkilatlarının keçirdikləri Beynəlxalq Dequstasiyalara daim dəvət alan mütəxəssis,bir müddət olar ki, Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb.


Son günlər isə "Facebook"un önə çıxardığı bir sıra şəkillərdə Taryel Pənahovun da yer aldığı fotolar görünməkdədir.Aşağıda foto qalareyyada yer alan bir şəkildə görünən şəxslərə gəlincə  o, Kişinyov şəhərində keçirilmiş Beynəlxalq Dequstasiyada soldan professor Moldovalı Olaro Konstantin Nikolayeviç,Gürcüstanlı professor Murman Aleksandroviç Kuridze,Çexiyalı professor,Brno Universitetinin müəllimi Miklovski,Rusiya Federasiyasından professor Aleksandr Lvoviç Panasyuk və Moldova Respublikasından akademik Boris Qaina ilə görüntülənib.Bu şəxslərin hər biri dünya miqyaslı alimlər, şərabçılıq cəmiyyətlərinin üzvləri və hakim dequstator kimi qəbul edilmiş şəxslərdir.


Qeyd edək ki, bir çox kənd təsərrüfatı mütəxəssisləri kimi,Taryel Pənahov da Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsindən nazir İnam Kərimovun zamanında uzaqlaşdırılıb,hazırda onun nazirlikdə otaqlardan birinə "həbs" edildiyi bildirilir.

Onu da qeyd edək ki,Taryel Pənahov MSK sədri Məzahir Pənahovun qardaşıdır.

FAKTİNFO.AZ








Şərabçılıq üzrə tanınmış alim xarici ölkədə çalışmaq üçün təklif alıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər