Sərnişinlər Ağstafa-Bakı qatarı ilə bağlı əvvəlki birmənalı fikirdə deyillər
Ağstafa-Bakı sürət qatarının bir neçə dəfə nasazlıq səbəbindən yolda qalıb,qrafikə uyğun olaraq Bakı Dəmiryol Vağzalına,eləcə də Ağstafaya çatmaması insanlarda inamsızlıq yaradıb.Artıq sərnişinlər Ağstafa-Bakı qatarı ilə bağlı əvvəlki birmənalı fikirdə deyillər.
Bu barədə Faktinfo.az-a qərb bölgəsindən məlumat verilib.Qeyd edilir ki,qatarın yubanması sərnişinlərin digər nəqliyyat vastələrinə meyillənməsini artırıb.
Xatırladaq ki,iki gün öncə Ağstafa-Bakı sürət qatarı Goran stansiyasında yaranmış nasazlıq səbəbindən yolda qalıb.Qatar saat yarımdan çox yubanıb.Yaranmış vəziyyət sərnişinlərin ciddi narazılığına səbəb olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın