SƏRSƏNG SU ANBARI AZƏRBAYCANIN NƏZARƏTİNƏ KEÇDİ

SƏRSƏNG SU ANBARI AZƏRBAYCANIN NƏZARƏTİNƏ KEÇDİ - Rəsmi açıqlama

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.

Bu barədə Agentlik məlumat yayıb.

Xatırladaq ki, ordumuzun şanlı qələbəsindən sonra su anbarı nəzarətimizə keçib.

1976-cı ildə Tərtərçayın üzərində tikilmiş Sərsəng su anbarının ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir. Anbarın su güzgüsünün sahəsi 1 346 hektar, sahil xəttinin uzunluğu 50,25 km-dir.

Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər