
Şirkətlər "Bank Avrasiya"dakı əmanətlərinin YARISINI GERİ ÇƏKİB - TƏFƏRRÜAT
Bu ilin I rübündə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 109 milyon 905 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu da ötən ilin sonu ilə müqayisədə 6 milyon 427 min manat və ya 6% azdır.
Hesabat dövründə bankın depozit portfeli də 5 milyon 635 min manat və ya 9% kiçilərək 57 milyon 380 min manata düşüb.
Depozit portfelinin 54 milyon 209 min manatını fiziki şəxslərin əmanətləri, 3 milyon 171 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 2 milyon 239 min manat və ya 4%, hüquqi şəxslərin depozitləri cəmi 3 milyon 396 min manat (2 dəfə) kiçilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın