"Siyahıda adımın olmaması məni təəccübləndirdi"-

"Siyahıda adımın olmaması məni təəccübləndirdi"- Dilqəm Məhərrəmov

Məlum olduğu kimi, ötən gün Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayıb.

Nazirlikdən bildirilib ki, tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yenilənəcək.

Faktinfo.az  Oxu.az-a istinadən xəbər verir ki, bir neçə tanınmış plastik cərrahların adının həmin siyahıda yer almaması suallar yaradıb.


Adı siyahıda olmayan tanınmış plastik cərrah Dilqəm Məhərrəmov deyib ki, qərar həm onun, həm də plastik cərrahiyyə dərnəyinin digər üzvləri üçün gözlənilməz olub:


“Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Daha sonra maraqlandıq, dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək.


Siyahı açıqlandıqdan sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik Cərrahiyyə Şöbəsində çalışan dostum zəng etmişdi. Deyir ki, onun öyrətdiyi 4 rezidentin adı siyahıdadır, amma onun - müəllimin adı yoxdur. Halbuki 5 ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçirik. Bu necə başa düşülməlidir?”


Həkim qeyd edib ki, sənədlərində uyğunsuzluq və ya fəaliyyətinə icazənin verilməməsi ilə bağlı ona hər hansı rəsmi bildiriş göndərilməyib:

“Biz heç gözləmirdik ki, bu məsələdə bizimlə bağlı problem yaransın”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər