
"Siz niyə hələ də bu adamı Konfederasiyanızın başında saxlamısız?"
"“Bank Mamed” (və ya “Şapka Mamed”) kimi tanınan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı ilə cinayət işi açılıb..."
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "“Aqrarkredit” QSC-yə rəhbərliyi dövründəki əməlləri ilə bağlı. Həmin əməllər haqda zaman-zaman mən yazırdım. Nəhayət ki, barəsində tədbir görülür. Xatırladıram ki, o, həmçinin “TuranBank”ın da faktiki sahibi hesab olunur. Bu həmin bankdır ki, əmanətçinin əmanətini mənimsəyib qaytarmır (bu barədə dəfələrlə yazmışam). Məlum olduğu kimi, sahibkarlara qan uddurması ilə tanınan “AccessBank” yaxında “Bank Respublika”ya qoşulmaqla sektoru tərk edəcək. Daha əvvəl isə Ramiz Mehdiyevin “BTB” bankı BOKT-a çevrilərək sıradan çıxdı. “TuranBank”ın da bu yolların biri ilə aradan getməsinə təəccüblənmərəm...
Yeri gəlmişkən: Ölkə sahibkarlarına səslənirəm: hüquq-mühafizə orqanları öz işini gördüyü halda siz niyə hələ də bu adamı Konfederasiyanızın başında saxlamısız?"












Bu xəbər üçün şərh yazın