ŞOK İDDİA: Putinin söylədikləri blefdir! – “Gəncədə terror planı Rusiyada hazırlanıb”
Dağlıq Qarabağın azad olunması uğrunda Ordumuzun işğalçılara qarşı əks-həmləsi davam etməkdədir. Bu müharibə hazırda dünya supergüclərinin diqqəti mərkəzindədir.
Davamlı olaraq digər ölkə rəhbərlərinin bu müharibəyə dair çağırış və ya bəyanatlarının şahidi oluruq. Elə dünən Rusiya prezidenti Vladimir Putin açıqlamasında bildirib ki, Qarabağdakı məsələnin həllində onlardan çox maraqlı olan tərəf yoxdur. Amma bəzi ekspertlər V.Putinin bu fikirlərini səmimi qəbul etmir. Onlar bildirirlər ki, əgər Rusiya Dağlıq Qarabağ müharibəsi fonunda “açıq fiqur” rolunu oynasa, regionda nüfuz sahibinə çevrilər.
Bundan başqa, Vladimir Putinin “Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz" mesajı da ciddi müzakirə predimetidir. Bəzi anlitiklər bunu Rusiyanın Azərbaycana açıq dəstəyi kimi dəyərləndirir, bəziləri isə məlum açıqlamanın blef olduğunu iddia edir.
Görəsən, doğrudanmı, Rusiya Dağlıq Qarabağ müharibəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır? İndiki həssas məqamda rəsmi Bakı, rəsmi Moskvaya güvənə bilərmi?
Sualmızı cavablandıran politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, V.Putin hər iki ölkənin ondan inciməməsi üçün belə açıqlama verib:
“Rusiya lideri Azərbaycanla Ermənistan arasında balans yaradaraq hər iki ölkənin “könlünü almaq” istədi. Paralel olaraq, ölkələrə “dəyənək” də göstərdi. Azərbaycan torpaqlarının əhəmiyyətli hissələrinin itirilməsi vəziyyətinin davam edə bilməyəcəyini deməklə, əslində reallığı söylədi. Məgər 30 il qısa müddətdir ki?! 30 il bir insan ömrüdür. Ayrıca, bu gün vasitəçilik etmək istəyən ölkələr erməniləri müdafiə etdikləri üçün Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi bu qədər gecikib.
Dolayı yolla desək, V.Putin Beynəlxalq hüququn, BMT-nin qəbul etdiyi qətnamələrin şərtlərini təkrarladı. Digər tərəfdən Sumqayıt hadisələrinə münasibəti və Qarabağda mülki insanların qətlə yetirilməsini deməsi ilə Azərbaycanı müəyyən mənada ittiham etmiş oldu. Təbii ki, bu doğru informasiya deyil, tarixi saxtalaşdırmaqdır.
Sumqayıt hadisələri süni şəkildə yaradan SSR-nin varisi olduğu Rusiyanın Dövlət Təhlükəsizlik Xidməti idi. Həmin DTX-nin ermənilərin içərisindən ortaya atdığı Qriqoryan vasitəsilə Sumqayıtda dəhşətli hadisələri törətmişdi. İndi həmin sənədlər Rusiyanın istintaq orqanlarında var”.
Politoloq açıqlamasında qeyd edib ki, Rusiya ilə Türkiyənin ortaq qərara gəlməməyinin səbəbi iki ölkənin yanaşmaların fərqli olmasıdır:
“Bu gün Azərbaycanı və Türkiyəni Rusiyada digər xristian dünyasından fərqləndirən yeganə cəhət islam əxlaqıdır. Biz meydanda düşmənin hərbi obyektlərini lejitim hədəf kimi qəbul edirik, məsum insalara toxunmuruq.
Mülki şəxslərin qətlə yetirilməsindən söz açan Putin, niyə 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda baş vermiş soyqrımıdan danışmadı? Nəyə görə kütləvi qırğın silahı olan ballistik raket ilə Gəncədə insanların yatdığı yerdə yaşayış məskənləri hədəfə çevrilir? Kütləvi qətl edilənlərin içərisində 8-10 aylıq körpələr də var. Bu hərbi cinayətdir və onun arxasında təkcə Ermənistan rəhbərliyi dayanmır.
“Skad” raketlərini verən, eyni zamanda Azərbaycanın mülki şəhəri olan Gəncənin vurulma qərarında bilavasitə iştirak edən Kremldir. Bu plan Azərbaycanı dayandırmaq üçün Avropa başda olmaqla, Rusiya hakim dairələrində hazırlanır. Belə məsələlərlə Azərbaycanı ittiham edən Rusiya, dünyanın gözü qarşısında baş verən hərbi cinayətləri də dilə gətirməli idi. Ən nəhayət, əgər Putin açıqlamasında həqiqəti ortaya qoymaq istəyirsə, o, reallığı deməlidir”.
Ekspert diqqətə çatdırıb ki, Rusiya prezidenti Türkiyə ilə Rusiyanın Qarabağ problemlinin çözülməsində anlaşa bilmədiklərini vurğulayır:
“Doğrudur, anlaşa bilmirlər, amma niyə? Putin bunun cavabını demədi. Ona görə anlaşa bilmirlər ki, Türkiyə Qarabağ probleminin kökündən həll olunmasını tələb edir. Türkiyənin yanaşması odur ki, gələcəkdə separat sülh toxumunun cücərməməsi üçün məsələ birdəfəlik çözülməlidir. Rusiyanın yanaşması isə Türkiyədən fərqlənir. Kreml tələb edir ki, Azərbaycan Orudusu 5 rayonu azad etdikdən sonra dayansın. Ondan sonrakı proseslər predmet olaraq, masa arxasında müzakirə edilsin.
Bu da o deməkdir ki, Azərbaycan Orudusu 5 rayonun azad edilməsindən sonra dayanarsa, gələcək perspektivdə Kəlbəcər və Laçın rayonları müzakirə predmeti olacaq. Türkiyə və Azərbaycan isə belə yanaşmanı qəbul etmir. Biz torpağımızı yüzlərlə şəhidin qanı ilə ona görə suvarmamışıq ki, bu qatil ermənilərə yenidən status verilsin! Yeni status-kvonu cızan Azərbaycandır. Əli azərbaycanlılara qarşı hərbi cinayətdə olmayan ermənilər Qarabağda yaşamaq hüququ qazana bilər.
Bundan sonra Azərbaycan onların təhlükəsizliyinə təminat verəcək. Azərbaycan Ordusu məsələni həll etsə, Minsk qrupunun faəliyyətini artıq ehtiyac qalmayacaq. Putinin nəyisə deməsi heç nəyi həll etmir. Azərbaycan Ordusu BMT-nin 4 qətnaməsini yerinə yetirir. Bu reallığı qəbul etməlidirlər”. \\sherg.az\\
Bu xəbər üçün şərh yazın