"Son günlər bəzi mətbuat orqanlarında yazılan böhtanlara baxmayaraq..."

"Son günlər bəzi mətbuat orqanlarında yazılan böhtanlara baxmayaraq..." -Məlahət İbrahimqızı

"Azərbaycanı zülmətlərdən aydınlığa çıxaran Ulu Öndər Heydər Əliyev ideyalarına xidmət etmək,eləcə də Ulu Öndərin müqəddəs irsini ləyaqətlə davam etdirən, Azərbaycanı qalib dövlətə çevirən Ali Baş Komandan,Prezident cənab İlham Əliyevin əsgəri olmaq mənim və silahdaşlarımın alın yazısıdır."

Faktinfo.az xəbər verir ki,bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı öz sosial şəbəkə hesabında yazıb.

"Bu şərəfli yolda Prezident İlham Əliyevin qaldırdığı əbədi Zəfər bayrağının altında müzəffər xalqın nümayəndəsi kimi inamla addımlamaq bizim üçün ləyaqət, şərəf və vicdan məsələsidir. Son günlər bəzi mətbuat orqanlarında yazılan böhtanlara baxmayaraq, biz öz yolumuza, xalqımıza, dövlətimizə və nəyi nə zaman etdiyini mükəmməl bilən liderimiz cənab İlham Əliyevə inanır,güvənir və daha güclü Azərbaycan naminə daim onun yanındayıq,"-deputat qeyd edib.

Faktinfo.az

"Son günlər bəzi mətbuat orqanlarında yazılan böhtanlara baxmayaraq..."
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi