Söz yox,Tariyel Pənahov ölkəmizin üzümçülük və şərabçılıq sənayesində inkişafına töhfələr verib,lakin...

Söz yox,Tariyel Pənahov ölkəmizin üzümçülük və şərabçılıq sənayesində inkişafına töhfələr verib,lakin... 

Sosial şəbəkədə ölkə saytlarının yayımladığı məqalədən birində Tariyel Məhəmməd oğlu Pənahov Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru olaraq qeyd olunub.Onun Azərbaycan Üzümçülük və Şərabçılıq sənayesindəki naliyyətləri, bu sahənin inkişafına yönəlik mühüm araşdırmalar və innovativ layihələr həyata keçirdiyi vurğulanır.


Faktinfo.az xəbər verir ki,məqalənin yayımlanma tarixinə nəzər yetirdikdə 2024-cü il dekabr ayının 4-ü tarixinə təsadüf etdiyi məlum olur.


Söz yox,Tariyel Pənahov Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru olaraq ölkəmizin üzümçülük və şərabçılıq sahəsindəki inkişafına böyük töhfələr verib.Onun barəsində bu günün özündə də fecbook tərəfindən beynəlxalq dərəcəli keçirilmiş  dequstasiyalardan,Tariyel Pənahovun dequstator-hakim  kimi fəaliyyətinə həsr olunan tədbirlərdən fotoşəkillər paylaşılır.

Lakin qeyd etməliyik ki,Tariyel Pənahov 5 ildən biraz çox müddətdir ki,Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb.Yəni onun dövrünə təsadüf edən,zamanlardakı Azərbaycan şərablarının bazar payı,üzümçülük və şərabçılıq sənayesinin  rəqabətə davamlılığı çox-çox keçmişdə qalıb.

Bu barədə statistik rəqəmlər də çox söz deyir.Eləcə də, onun dövrünə təsadüf edən zamanlarda Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun  inkişafı ilə bağlı tərəqqi dövrü arxada qalıb.Araşdırılsa bəlli olar ki, Azərbaycan şərabları bazar payını hətta Moldovaya uduzub.Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutundan söz düşmüşkən, oraya da aidiyyatı olmayan şəxs təyin edilib.

Texnika elmləri doktoru,professor,Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü,beynəlxalq dərəcəli dequstator-hakim Tariyel Məhəmməd oğlu Pənahovun hazırkı fəaliyyətinə gəlincə,o, Kənd Təsərrüfatı Nazirliyində  otaqlardan birinə "həbs" edilib.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi