Stolenberqdən vida nitqi: Türkiyəsiz Avropanın təhlükəsizliyi mümkün deyil

Stolenberqdən vida nitqi: Türkiyəsiz Avropanın təhlükəsizliyi mümkün deyil 

Oktyabrın 1-də vəzifəsini Hollandiyanın keçmiş baş naziri Mark Rutteyə təhvil verəcək NATO baş katibi Yens Stoltenberq Almaniya Marşal Fondunun beyin mərkəzinin təşkil etdiyi tədbirdə vida nitqi söyləyib.

Stoltenberq bildirib ki, onun rəhbərliyi altında son 10 ildə NATO ətrafındakı dünya köklü şəkildə dəyişib, o cümlədən Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi, terror təşkilatı DEAŞ-ın güclənməsi, Covid-19 epidemiyası, Rusiya-Ukrayna müharibəsi və Çinlə artan rəqabətdə kiber hücumlar və iqlim dəyişikliyinin təhlükəsizlik üzərində artan təsiri kimi bir çox hadisələrin baş verib.

Stoltenberq qeyd edib ki, təkcə resurslar deyil, coğrafiya da təhlükəsizliyin əsaslarını təşkil edir: "Cənubda Türkiyə, Şimalda Norveç, Qərbdə ABŞ, Kanada və İngiltərə olmadan Avropa qitəsinin təhlükəsizliyini proqnozlaşdırmaq mümkün deyil".

"Avropalıların azad atlılar olması sadəcə olaraq doğru deyil.Heç bir böyük dövlətin ABŞ qədər çoxlu dostu və müttəfiqi yoxdur.Bunu pozmağa çalışan istənilən siyasət Amerikanın ən böyük sərvətlərindən birinin israfıdır", - Baş katib bildirib./hurriyyet.az/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər