Sudan ABŞ-ın sanksiyaları aradan qaldıracağına ümid edir

Sudan ABŞ-ın sanksiyaları aradan qaldıracağına ümid edir 

Donald Trampın bu sanksiyaları bir dəfəlik ləğv edəcəyinə inanırıq.

Faktinfo.az Sudan Xarici İşlər Nazirliyinin səlahiyyətlisi Əbdülqani Elnaminin açıqlamasına əsasən bildirir ki, dövlət rəsmiləri  ABŞ-ın Xartuma qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyinə ümidlidirlər.

Elnami açıqlama zamanı qeyd edib ki, bu sanksiyaların ləğvi yalnız Sudan xalqını deyil, bütün Afrika xalqlarını çox sevindirəcək.

Qeyd edək ki, ABŞ-ın eks prezidenti Barak Obama sanksiyaların bir hissəsini aradan qaldırmışdı.

Xatırladaq ki, ABŞ-ın Sudana tətbiq etdiyi sanksiyalar 1997-ci ildən etibarən qüvvədədir . Sanksiya tətbiq etmə səbəbi kimi isə Sudanın Əl-Qaidə terror təşkilatının eks lideri Usamə Bin Ladeni dəstəkləməsi irəli sürülmüşdü.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi