Sumqayıt Dövlət Universitetində gedən gizli sövdələşmələrin arxasında nələr dayanır?
Məlum olduğu kimi 2013-cü ilin dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olundu.
Təhsil nazirinin əmri ilə ali təhsil müəssisəsində rektor vəzifəsinin müvəqqəti icrası tədris işləri üzrə prorektor Elxan Hüseynova həvalə edildi.5 mart 2014-cü il tarixində ölkə başçısının sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edildi.
Oradakı "oyun"lar da bundan sonra başlandı Belə ki, gözlənilənlərin əksinə olaraq Elxan Hüseynov SDU-da keçirilən “islahatlar”da universitetin professor-müəllim heyətinə güclü "zərbələr" endirməklə diqqəti cəlb etdi.O,rektor təyin olunandan dərhal sonra dost,tanış və qohumlardan ibarət öz komandasını formalaşdırmağa başladı ki, bu da universitetin bir çox müəllimlərinin iş yerini itirməsi ilə nəticələndi. Halbuki, onların arasında uzun illər boyu öz vəzifələrini namus və vicdanla yerinə yetirmiş peşəkarlar vardı.
Təəssüf doğuran hal isə ondan ibarətdir ki, Elxan Hüseynov nəinki özündən əvvəlki rektorun dövründən yığılıb qalmış problemlərin həlli istiqamətində addımlar atdı, əksinə SDU tələbələrinin dili ilə desək “köhnə bazara yeni qiymətlər” də tətbiq etdi.Hətta, filologiya fakültəsinin I kurs tələbəsi Rumiyyə Qasımovanın imtahandan kəsilməsi və ondan pul tələb olunmasına görə intiharı bu təhsil ocağında sözün əsl mənasında ajiotaj yaratdı.Xatırlayanlar bilər ki,SDU tələbəsinin intiharından sonra mətbuata müraciət edən bir qrup tələbə universitet rəhbərliyinə ən müxtəlif formalarda etiraz edəcəklərini bildirmişdilər.
Onlar qeyd etmişdilər ki, SDU rəhbərliyinin təhsil ocağında yaratdığı rüşvət ab-havası, onlardan qeyri-qanuni haqq tələb olunması, dekanların yaşatdığı stress, psixoloji gərginlik onları hiddətləndirib. Onlar qeyd edirdilər ki, təhsilin səviyyəsi çox aşağı olmasına baxmayaraq, imtahanlar çox ağır aparılır.
Məqsədli şəkildə imtahanlara elə suallar salınır ki, tələbələrin əksəriyyəti kəsilir: “Kəsilən tələbələr” həm növbəti imtahanlara buraxılmaq üçün yaradlmış yay məktəbində hazırlığa rəsmi şəkildə 174 manat ödəməli olur, həm də imtahanın rüşvətini verməyə məcbur qalır.Tələbələrin sözlərinə görə, SDU rəhbərliyi isə I kurs tələbəsinin intiharından nəticə çıxarmayıb: “Hazırda bütün fakültələrdə qış semestri üzrə xərac yığılması davam etdirilir. Hətta bu ürəkparçalayan faciə də rektorun rüşvət yığımına müvəqqəti son qoyulması üçün səbəb olmayıb”.
Göründüyü kimi, paytaxta yaxın olmasına baxmayaraq əyalət statuslu bu universitetdə hər şey heç də ölkənin baş şəhərindəki ali təhsil müəssisələrindəki kimi deyil. Bir növ uzaqda olduğundan, Təhsil Nazirliyinin və digər qurumların nəzarətindən kənarda qalması burada müəllim heyyətinin,kafedra müdirlərinin və dekanların demək olar ki,əl qolunu açır.Yəni hər kəs öz işini rahat görə bilir.Bu gün Sumqayıt Dövlət Universitetində təhsilə olan diqqətin, tələbələrin dərsə davamiyyətinin, müəllimlərin tələbələrə lazım olan bilikləri verməsindən başqa, universitetidə təsərrüfat işlərinin görülməsi də yaxşı təəssürat yaratmır . Belə ki, 2019 cu ilin may-sentyabr aylarında universitet tərəfindən elan olunmuş tenderlərə nəzər saldıqda da bu özünü açıq şəkildə göstərir. Təxminən 1 milyon 650 min manat civarında dövlət vəsaitinə tender yolu ilə Sumqayıt Dövlət Universitetində nə kimi işlər görülüb,sual doğurur.
Aktualinfo.org-un apardığı araşdırmalarda universitet tərəfindən 23.09.1019 cu il tarıxdə cari təmir işlərinin satın alınması üzrə 49000 AZN, kommunal və komunikaslıya xidmətləri ilə bağlı digər xərclər üzrə 48900 AZN, abadlıq işlərinin satın alınması üzrə 114000 AZN, birinci tədris korpusunun əsas girişinin yenidən qurulması üzrə 83072 AZN dəyərində dövlət sifarişini, 19.06 2019-cu il tarixdə elan olunmuş maşın və avadanlıqlar üzrə 219409.2 AZN, sosial-məişət təyinatlı obyektlərin əsaslı təmiri üzrə 425726.78 AZN,dəftərxana ləvazimatlarının alınması üzrə 102998.66 AZN dəyərində dövlət sifarişini, 23.04 2019-cu ildə elan olunmuş sair xərclər üzrə 48440 AZN, digər alışlar və xidmətlər üzrə 47772.3 AZN və 15.03.2019-cu ildə elan olunmuş idarənin xərcləri və mətbəə xərcləri üzrə 48545.2 AZN və 47440 AZN dövlət sifarişini tender yolu ilə “Retro Holdig” Məhdud Məsuliyyətli Cəmiyyətin qazandığı məlum olur.
Araşdırmada o da bəlli oldu ki, Retro Holding” MMC barədə Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında bir vergi ödəyicisi kimi heç bir məlumat verilmir. Bəs vergi hesabatları ictimaiyyətə bəlli olmayan bir MMC-ni Sumqayıt Dövlət Universiteti necə qalib elan edib? Satınalamalar haqqında qanunun tələbləri bu tenderlərin keçirilməsində nəzərə alınıbmı? Alınıbsa tender komissiyasından xahiş edirik “Retro Holdihg”MMC nin fəaliyyət dairəsı barədə bizə də məlumat versinlər.Axı necə ola bilər ki, bir MMC Sumqayıt Dövlət Universiteti üçün həm abadlıq- təmir işləri görsün,həm də dəftərxana ləvazimatları alsın? Burada iddiaçı MMC-nin müvafiq işlərin görülməsinə dair xüsusi icazəsinin olması şübhə doğurur. Eləcə də universitet tərəfindən elan olunmuş digər tenderlərdə.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin 19.06.2019-cu il tarixdə avadanlıqlar üzrə elan etdiyi digər bir tenderin qalibi isə “Labaratoriya Təchizatları şirkəti-LTŞ” Məhdud Məsuliyyətlı Cəmiyyət olub. Nizamnamə kapitalı 20 manat olan bu MMC-nin Sumqayıt Dövlət Universitetinin 389663.37 AZN dəyərində avadanlıqların satınalması sifarişini yerinə yetirmək iqtidarında olub,olmaması da şübhələr doğurur. Hüquqi ünvanı Bakı şəhəri,Xətai rayonu Sabit Orucov ev 23 ünvanda olan MMC, 22.05.2006-ci ildə vergi uçotuna alınmışdır. MMC-nin qanuni təmsilçisi Yahyayev Qüdrət Əbülfəz oğlu göstərilir. Sözügedən şəxsin adı hazırda dələduzluğa görə həbs edilmiş keçmiş hakim Həsən Əliyevin cinayət işində hallandığı barədə də 2017-ci ildə dövrü mətbuatda məlumatlar var.
24.05.2019 cu ildə universitet tərəfindən daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə elan etdiyi tenderdə isə “AÇAR QİYMƏTLƏNDİRMƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlib. Qeyd edək ki,sözügedən MMC tenderdə qalib olduğu gündən cəmi bir ay,yəni 08.04.2019-cu ildə vergi ucotunda qeydiyyata alınıb.
Hüquqi ünvanı Xətai rayonu,S .Mehmandarov küçəsi ev 44 olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Qasımov Çingiz Qurban oğlu da “Bank of Baku” tərəfindən kredit borcuna görə məhkəməyə cəlb edilib. Satınalmalar haqqında qanunda isə hər hansə borcu olan şəxslərin tenderlərdə iştirakı qadağan olunur. Belə olduğu təqditdə Sumqayıt Dövlət Universitetitinin tender Komissiyası buna necə yol verib?
Göründüyü kimi, Sumqayıt Dövlət Universitetində təhsildə yaşanan problemlərlə yanaşı,təhsil müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətində də ciddi nöqsanlara yol verilir.Bu nöqsanların aradan qaldırılması istiqamitəndə nə kimi işlər görülür, bu hələ də sual altındadır. Sual altında olan digər əsas məsələ həmdə odur ki, neçə ay ərzində tender yolu ilə hesabına milyon yarım vəsait köçürülmüş “Retro-Holdinq”MMC-nin kimə məxsus olmasıdır.Eləcə də bu MMC-nin sahibi ilə Sumqayıt Dövlət Univesitetinin rektorunu nə kimi tellər bağlayır,bu gizli sövdələşmələrin arxasında nələr dayanır,kimi suallardır.
Bu xəbər üçün şərh yazın