Sumqayıt Şəhər Məhkəməsinin sədri təqaüdə göndərildi

Sumqayıt Şəhər Məhkəməsinin sədri təqaüdə göndərildi 

Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Sədr vəzifəsininin müvəqqəti icrası Əliyev Fikrət Hüseyn oğluna həvalə edilib.

Qeyd edək ki, Z. Hüseynov 1949-cu ildə anadan olub. O, 2007-ci ildən Sumqayıt Şəhər Məhkəməsinin sədri vəzifəsində çalışırdı.

Z. Hüseynovun yerinə təyin olunmuş Fikrət Əliyev isə 1963-cü ildə anadan olub. O, 2007-2017-ci ildərdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən isə Sumqayıt Şəhər Məhkəməsində hakim vəzifəsində çalışıb.

e-huquq.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi