"Suriyada səfirliyimizin fəaliyyətə başlaması sevindirici haldır"

"Suriyada səfirliyimizin fəaliyyətə başlaması sevindirici haldır" -DEPUTAT

“Dünyada təhlükəsiz dövlətlər azdır.

Bir çox dövlətlərdə səfirliklərimiz, konsulluqlarımız, diaspor təşkilatlarımız var və onların həmin dövlətlərdə olmalarına problem yaradan qüvvələr, təhlükələr az deyil.Dövlətin daxili məsələlərinə qarışmağa çalışırlar. Məsələn, Fransa. Söhbət Fransa xalqından yox, ölkəni idarə edən ermənipərəst, elə özünün də mənşəyi erməni olan Makron komandasından gedir. Fransada da səfirliyimiz üçün vaxtaşırı problemlər yaradırlar. Başqa ölkələrdə də həmçinin. Suriyada isə hələ tam stabillik yaranmayıb, yeni hakimiyyətə gəlmiş qüvvələrdir. Təbii ki, Suriyada terrorçu dəstələri də, başqa dövlətlərin hərbi bazaları da, kontingentləri də var. Müəyyən toqquşmalar hələ olacaq, amma Azərbaycan dövləti və səfirliyimizin əməkdaşları bu təhlükələrin hamısını nəzərə almaqla, təhlükəsizliyi təmin etməklə səfirliyimizin fəaliyyət göstərməsi vacib idi”.

 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.


Deputat bildirib ki,uzun müddətdən sonra Suriyada səfirliyimizin fəaliyyətə başlaması sevindirici haldır: “Əsəd rejiminin bizə qarşı olan xoşagəlməz münasibətləri sona yetdi. İndi Suriyada inkişaf başlayır. Yeni dövlətin fəaliyyətə başlaması Suriya ilə münasibətlərimizin normallaşmasına səbəb olan şərtlərdən biridir. Azərbaycan Suriyada bugünkü vəziyyətlə bağlı bəyanat verdi, cənab Prezident də mövqeyini bildirdi ki, biz Suriyaya bütün istiqamətlərdə kömək etməyə hazırıq, yeni yaranan dövlət bərqarar olsun, inkişaf etsin. Yaxın Şərqdə Suriya kimi vacib strateji mövqeyi olan bir ölkədə səfirliyimizin fəaliyyət göstərməsi vacibdir və biz bunu etdik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər