Suriyanın yeni liderindən İrana təpki: “Kərbəlanın bizə nə dəxli?”

Suriyanın yeni liderindən İrana təpki: “Kərbəlanın bizə nə dəxli?” 

İran Suriyada Bəşər Əsəd rejiminin devrilməsinə görə Türkiyəni məsul tutur.

Türkiyə nəşri bildirir ki, Əsədə verilən hərbi dəstəyə görə Tehran Suriyanın yeni hökumətindən 30 milyard dollar təzminat tələb edir:

“Tehranın mesajında deyilir: “Hökumət dəyişsə belə, İran Suriya ilə bağlı iddialarından əl çəkməyəcək. Suriyada qurulacaq yeni administrasiya İran xalqına bu borcu ödəmək məcburiyyətində qalacaq”.

Suriyanın yeni hökumətinin rəhbəri Əhməd əl-Şara ötən gün verdiyi açıqlamada İranın aqressiv davranışına sərt təpki göstərib:

“Bəziləri (İran və proksiləri) 1000 il əvvəl baş vermiş tarixi hadisəyə görə Dəməşq əhalisindən qisas almaq üçün bura gəlirlər. 1400 il əvvəlki hadisələrin (Kərbəla) bizə nə dəxli var? Bu nə məntiqdir, necə bir ağıl işidir? Həmin hadisələrdə bizim hansı rolumuz ola bilər?”

Livanın “Əl-Müdün” qəzeti Dəməşqdəki mənbələrə istinadla yazır ki, Suriyanın yeni siyasi administrasiyası hələ də İranla təmasda olmayıb. Mənbə qarşılıqlı səfirliklərin açılması ilə bağlı diplomatik danışıqlar da daxil olmaqla, yeni siyasi administrasiya və İran arasında heç bir görüşün olmadığını, əksinə, Əsədin lehinə ittifaq quran Tehrana qarşı iddia qaldıracaqlarını bildirib.

Nəşr xatırladır ki, Suriyanın yeni administrasiyası İrana qarşı 300 milyard dollarlıq iddia qaldırıb: “İddiaya səbəb İranın cinayətkar və özbaşına siyasətlərinin suriyalılara və Suriya infrastrukturuna vurduğu ziyan olub”.//Teleqraf.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi