“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub 

Milli Kitabxanada “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan Faktinfo.az-a bildirilib ki, sərgidə Qarabağın incisi olan Şuşa şəhəri, gənclər siyasəti, İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan mövzularında Azərbaycan və müxtəlif dillərdə əsərlər nümayiş olunur.

Qeyd edək ki, 2023-cü il noyabrın 10-da İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Prezident İlham Əliyev “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi