Susmaq heç də həmişə yaxşı əlamət deyil!

Susmaq heç də həmişə yaxşı əlamət deyil! 

"Mən siyasətçi deyiləm,amma Azərbaycan Respublikasının, bu ölkənin vətəndaşıyam.

Əgər mənim ölkəmə qarşı hansısa təhdidlər varsa,onun qarşısındayam.Çünki ölkəmi, məmləkətimi sevirəm, dövlətimə və prezidentimə sadiqəm.Sadiqəm həm də ona görə ki,Azərbaycan yenidən qurulur,işğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri aparılır, kəndlər,qəsəbələr,şəhərlər salınır,yeni-yeni avtomobil qovşaqları tikilir,insanlara dövlət hesabına evlər verilir vəs.Bu məsələlərin dünyada analoqu yoxdur,dövlət öz hesabına xəstəxana,bələdiyyə və icra nümayəndəlikləri üçün inzibati binalar,məktəb və mədəni maarif müəssisələri tikir."

Faktinfo.az xəbər verir ki,bu fikirləri kənd təsərrüfatı elmləri doktoru,professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov öz sosial şəbəkə hesabında yazıb.

Əslində bunları hazırkı mərhələdə qeyd etməyimin başlıca səbəbi başqadır: 

"Həmişə olduğu kimi son zamanlar,İranın mərsiyə məclislərində Azərbaycan və onun dövlət rəhbəri haqqında əks təbliğat aparılır,təhqiramiz ifadələr işlədilir,ölkəmizə qarşı hədyanlar yağdırılır. Bu halda təkcə dövlətimizmi bu anormal vəziyyətə qarşı mübarizə aparmalıdır?!

Bəs hardadır ölkəmizin din xadimləri,ziyalıları,məmurları,eləcə də Azərbaycanın özünü bilən vətəndaşları? Bizi məscidlərdə söyürlər,amma Ermənistan separatçıları məscidlərimizdə donuz saxlayanda səslərini çıxarmırdılar, sizcə susmalıyıqmı? Susmaq heç də həmişə yaxşı əlamət deyil,ölkəmizə,onun vətəndaşlarına həqarət edənlərin cavabı verilməlidir, yerlərinə otuzdurulmalıdırlar.

Bu gün İran məscidlərində, mərsiyə məclislərində Azərbaycan prezidentinin adını çəkənlər,onun kəsilib, atılan dırnağı da deyillər.Azərbaycan ziyalıları,Milli Məclisin deputatları,bu ölkəni sevənlər, susmayın,susmaq heç də həmişə yaxşı əlamət deyil,"- İbrahim Cəfərov qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi