"Tarixə necə düşməyim onu kimin yazmasından asılıdır”-

"Tarixə necə düşməyim onu kimin yazmasından asılıdır”- Paşinyan

Bu barədə noyabrın 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayımda bildirib.

“Tariximizin ən mənfi personajlarından biri King Papdır. Onun haqqında yazan tarixçinin mətnlərini oxuyanda onun əxlaqsız olması və s. qeyd olunur. Erməni apostol kilsəsi onu özünün ən böyük düşməni hesab edir. Lakin bu adam, əslində, erməni apostol kilsəsinə siyasi müstəqillik verib. O, institusional düşünüb, dövlətin qədrini bilirdi. Mənim üçün King Pap tariximizin əsas simalarından biridir” - deyə, Paşinyan qeyd edib.

Paşinyan vurğulayıb ki, onunfəaliyyətinə də eyni şəkildə yanaşılsa, o da satqın kimi təqdim olunacaq.

“Əgər tarixi əsas istinad nöqtəsi ölkənin dəyərləri olan biri yazsa, o, Ermənistanın suveren, müstəqil və demokratik dövlət olması üçün bütün səylərini əsirgəməyən bir şəxs olduğumu deyəcək. Bunun nə ilə nəticələnəcəyini isə tarix göstərəcək”, - Paşinyan qeyd edib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi