Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilir - FOTOLAR
Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilir.
APA.az-ın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın müxtəlif qeyri-hökumət təşkilatları, siyasi partiyalar və tələbə hərəkatları hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsinə etiraz olaraq paytaxt Tbilisidə yürüş keçirir.
Yüzlərlə etirazçı hazırda Respublika meydanından parlament binasına doğru yürüş edir. Təşkilatçılar etiraz aksiyasının məqsədinin ölkənin azadlığının və Avropa gələcəyinin qorunması olduğunu bildirirlər.
Yürüşlə əlaqədar mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşı cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, “Gürcü Arzusu” partiyası ötən gün "xarici agentlər qanunu" kimi tanınan “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini müzakirəyə çıxarılması üçün parlamentə təqdim edib. Parlamentin aprelin 15-də layihəni nəzərdən keçirməyə başlayacağı bildirilir.
Bu xəbər üçün şərh yazın