Tbilisidə Parlament binasının qarşısında davam edən aksiyada vəziyyət gərgin olaraq qalır-

Tbilisidə Parlament binasının qarşısında davam edən aksiyada vəziyyət gərgin olaraq qalır- HƏBS EDİLƏNLƏR VAR

Faktinfo.az qonşu ölkənin mediasına istinadla bildirir ki, aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ondan çox iştirakçını həbs edib.Məlumata əsasən,saxlanılanlardan biri də "Girçi - Daha Çox Azadlıq" partiyasının lideri Zurab Caparidzedir. Vətəndaşlar parlament binasını mühasirəyə almağa çalışsalar da, polis buna imkan verməyib.Daxili İşlər Nazirliyinin əməkdaşları mitinqin təşkilatçılarını və iştirakçılarını polisin qanuni tələblərinə tabe olmağa,qanunla müəyyən edilmiş toplantı və nümayiş çərçivəsindən kənara çıxmamağa çağırıb.

Qeyd edək ki,aksiya iştirakçılarına qarşı su şirnağından istifadə ediləcəyi barədə xəbərdarlıq da edilib. Polisin tələbinə zidd hərəkət edənlər arasında çox sayda həbs olunan mitinq iştirakçıları var.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi