"TCG Anadolu" gəmisi və dəniz donanmasının immanterini çeşidləndirəcək 15 mühüm silah

"TCG Anadolu" gəmisi və dəniz donanmasının immanterini çeşidləndirəcək 15 mühüm silah 

Türkiyənin ən böyük hərbi PUA gəmisi “TCG Anadolu” nun hərbi donanmanın xidmətinə verilməsinə dünya mətbuatında geniş yer verilib.


Faktinfo.az xəbər verir ki,dünyanın bir çox aparıcı nəşrləri "TCG Anadolu" nun üstünlüklərindən,son illər qardaş Türkiyə dövlətinin hərbi dəniz donanmasının gücləndirilməsindəki rolundan yazıblar.Qardaş ölkə ilə qonşu olan Yunanıstana gəlincə, Türkiyənin SİHA gəmisinin ordunun immanterinə veriləcəyi xəbəri hələ aylar əvvəl  bu ölkənin mediasında qısqanclıqla qarşılamışdı.

Türkiyənin müdafiə sənayesi büdcəsinin 75 milyard dollara qaldırılacağını elan etməsi, 2023-cü ilin sonuna kimi "TCG Piri rəis", "AKYA TORPİDO" dənizaltıları və digər 13 mühüm silahının da dəniz donanmasının immanterinə veriləcəyini hədəfləməsi,gələcəkdə dənizlərdə hərbi gücünün üstünlüyü ilə nəticələnəcək.Bununla da  təxmin etmək olar ki,Türkiyə qarşıdakı illərdə dənizlərdə neft və qaz yataqlarının aşkarlanması fonunda ona edilə biləcək təzyiqləri belə,önləmək qüdrətinə sahib olacaq.

Qeyd edək ki,dünyada bu miqyasda gəmiləri olan 12 ölkə var. "TCG Anadolu"nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər