TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı açıqlama...
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB məlumat yayıb.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.10.2024-cü il tarixində saat 21:00 radələrində Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Saat 21:07-də çağırışdan imtina qeydə alınıb”, - deyə TƏBİB-dən bildirilib.
Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov vəfat edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın