TƏBİB-in eks və indiki sədrlərinin biznesi: Şübhəli müqavilələr…
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı yeni şirkətlər yaradıb.
Həmin şirkətlər "EPISOM" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 3104592941), "SAĞLAM HƏYAT" MMC (VÖEN: 4400102811) və "ASMEDİCAL" MMC-dir (VÖEN: 1007166811).
Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətlər tibbi labaratoriya və diaqnostik xidmətlər sahəsində fəaliyyət göstərir və TƏBİB-in dövlət xəstəxanalarındakı labaratoyalarının milyonluq işlərini həyata keçirir.
Ramin Bayramlı yaxın adamları hesab olunan Yavər Hacısoy və Taleh Əliyevlə bərabər yaratdıqları “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi vasitəsilə isə yeni təsis etdiyi bu şirkətlərə lobbiçilik edirlər.
Əldə etdiyimiz məlumata görə, TƏBİB heç bir tender keçirmədən "EPISOM" MMC və "SAĞLAM HƏYAT" MMC şirkətləri birbaşa müqavilələr bağlayıb.
Sözügesən 2 şirkətin təchizat işlərini isə digər yaradılan "ASMEDİCAL" MMC (bu şirkətin qanuni təmsilçisi Ramin Bayramlının yaxını Yavər Hacısoyun qardaşı Qədim Hacıyevdir) vasitəsilə görülür.
TƏBİB rəhbəri Vüqar Qurbanov əsas vəzifəsi olan dövlət xəstəxanalarının işini təmin etmək əvəzinə, o, ölkə üzrə bütün dövlət xəstəxanalarının labaratoriyalarını və digər diaqnostik xidmətlərini heç bir hüquqi əsası olmadan və tender təşkil etmədən birbaşa müqavilələr bağlamaqla özünə yaxın olan şirkətlərə həvalə etmişdi. Bu şirkətlərin başında Vüqar Qurbanovun yaxın adamı hesab olunan Xansiyar Babayevin idarə etdiyi “Referans” klinik labaratoriyalar şəbəkəsi gəlir.
Xatırladaq ki, Ramin Bayramlı 2019–2021-ci illərdə TƏBİB İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Bu xəbər üçün şərh yazın