Tədris-Terapevtik Klinikasının vergi borcu yoxdur -HÜQUQŞÜNAS
Faktinfo.az saytı Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının vergi borcunun yaranmasına dair yayılmış xəbərlərə münasibət öyrənib.
ATU-nun Tədris-Terapevtik Klinikasının hüquqşünası Cəlil Mahmudovun sayta verdiyi məlumatda bildirilir ki,vergi borcu ilə bağlı yayılmış xəbərlər əsassızdır.Tədris-Terapevtik Klinikasının 14.12.2022-ci il tarixinə dövlətə vergi borcu yoxdur,ödənilməli vəsait yayılmış xəbərlərdən əvvəl təmin edilib.Bu barədə Bakı Kommersiya Məhkəməsinin çıxardığı xitam qərarı var.
Qaldı sualın ikinci hissəsi, əməkdar həkim və elm xadimi Surxay Musayevin ölkədən çıxışına məhdudiyyət qoyulması xəbərinə, bu da kökündən yanlış məlumatdır.Surxay Musayev Tədris-Terapevtik Klinikasının 2010-2016-cı illərdə direktoru olub.2020-ci ilə qədər klinikaya başqa şəxslər rəhbərlik edib.Sözügedən borc da 2016-2020-ci illərdə yaranıb.Bir sözlə, yayılmış məlumatların heç bir iqtisadi əsası yoxdur.
Qeyd edək ki,bir sıra saytlarda Tədris-Terapevtik Klinikasının dövlətə böyük miqdarda vergi borcunun olub, ödənilməməsi və klinikanın direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulması barədə xəbər yayılmışdı.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın