Təhsil Nazirliyinin Nostrifikasiya şöbəsinin təsdiqlədiyi saxta diplomlara da rast gəlinir?

Təhsil Nazirliyinin Nostrifikasiya şöbəsinin təsdiqlədiyi saxta diplomlara da rast gəlinir? -İDDİA

Saxta diplomlomların verilməsi ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov iddia ilə çıxış edib.

Faktinfo.az xəbər verir ki,hansı universitetdə daha çox saxta diplomun verilməsinə toxunan təhsil eksperti bildirib ki,saxta diplomların artması əsasən köçürmələr hesabına olur. Kamran Əsədov: "Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa köçürülürlər"

Ekspert digər maraqlı bir məqama da toxunub.Sitat: "Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır. Universitetin lisenziyası yoxdursa və ya Nostrifikasiyadan keçməyibsə, onun verdiyi diplom saxta hesab olunur. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir.Amma bir məqam da var ki, bəzi hallarda Təhsil Nazirliyində Nostrifikasiya şöbəsinin təsdiqi ilə də saxta diplomlara rast gəlinir," -ekspert qeyd edib.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər