"Təhsil ocaqlarında tərbiyə işi tədrisdən çıxarılıb,ona görə də..."

"Təhsil ocaqlarında tərbiyə işi tədrisdən çıxarılıb,ona görə də..." -Şahlar Əsgərov

Son zamanlar məktəblilər arasında aqrenssiya, zorakılıq, psixoloji terror halları getdikcə artır.

Belə dəhşətli hadisələrdən biri də dünən Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisə zamanı onlardan biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Günü-gündən artan budlinq hallarının qarşısını necə almalı? Bu problemin kökündə nə dayanır? Səbəblər nədir? Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Təhsil eksperti, professor Şahlar Əsgərov vəziyyətdən çıxış yollarını göstərib.

“Bu gün təhsil ocaqlarında tərbiyə prosesi tədrisdən çıxarılıb. Orta məktəblərdə tərbiyə məsələsi demək olar ki, diqqətdən kənarda qalıb. Tərbiyəsiz də cəmiyyət formalaşa bilmir və məhvə doğru gedir. Tərbiyəyə də fikir vermək üçün hər adamı məktəb direktoru təyin etmək olmaz. Bu işə pedaqoqlar cəlb olunmalıdır.

Hansı ki, həmin adam tərbiyəni təhsildən fərqləndirə bilsin. Belə çıxır ki, məktəbin idarə olunmasına pedaqoqlar yox, qeyri-pedaqoqlar cəlb olunub.

Vəziyyətdən çıxış yolu üçün atılmalı olan ən vacib addımlardan biri elmi konfaransların keçirilməsidir. Təhsil Nazirliyi tərbiyə ilə bağlı elmi konfranlar keçirməlidir. Söhbət dəyirmi masalardan getmir. Elmi konfranslarda məsələ gündəmə gətirilməlidir, səbəblər elmi cəhətdən araşdırılmalıdır, tədqiqatlar aparılmalıdır. Tərbiyənin problemi günün problemi kimi gündəmə gətirlməli, həllini tapmalıdır. Bu istiqamətdə alimlərin fikirləri öyrənilməlidir. Yoxsa ki, mən təhsil eksperti kimi danışmaqla, media bu məsələ barədə yazmaqla heç nə alınmayacaq. Bu gün danışacağıq, sabah yaddan çıxacaq. Nəticə olmalıdır, iş görülməlidir”.

Qeyd: Faktinfo.az xatırladır ki,məktəblilər arasında bıçaqlaşma,aqrenssiya, zorakılıq, psixoloji terror və s.halları 2014-cü ildən başlayıb.Bu barədə illər əvvəl dəfələrlə məlumat vermişik.Sayt olaraq yazmışıq ki,baş verən xoşa gəlməz hadisələrin kökündə məktəblərdə tərbiyyə işinin yox səviyyəsində olması,tərbiyə işləri üzrə direktor müavinlərinin isə ümumiyyətlə işləməməsi dayanır.Hətta məktəblərdə valideyin komitələrinin yaradılması və bu "valideyin komitələrinin" xətti ilə pul yığma hallarının başladılması da həmin tarixə təsadüf edir.İllər sonra axır ki,təhsil ekspertləri də etiraf etmiş oldular ki,məktəblərdə tərbiyyə işi yox səviyyəsindədir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər