Tələbələrin mütləq əksəriyyətinin əziyyət çəkdiyi məsələ...
Bu gün paytaxt Bakıda oxuyan tələbələrin mütləq əksəriyyətinin əziyyət çəkdiyi məsələ onların ev kirayəsini verə bilməmələri və yaxud ictimai nəqiliyyatda gediş haqlarının onlar üçün baha olmasıdır.İlkin olaraq isə onlar üçün ən önəmli məsələ yataqxanalarda yerləşə bilməmələridir.Yataqxanaların durumuna gəlincə təmirsiz, bəzilərinin isə ərazisi var,özləri yoxdur.
Faktinfo.az xəbər verir ki, vəziyyəti tənzimləmək məqsədilə artıq tələbə yataqxanalarının tikintisi,təmiri qaçılmaz xarakter daşıyır.
Nəzərə alsaq ki,zamanla paytaxtda fəaliyyət göstərən bütün universitetlərin yataqxanaları olub,onda bu məqsədlə universitetlərə torpaq ərazisi ayırmağa ehtiyac yoxdur.Köhnə tipli yataqxanaları təmir,sökülmüş yataqxanaların isə yerində yenilərini inşa etməklə bu problemi bir neçə ilə aradan qaldırmaq olar.Bunun üçün universitetlərə uzun müddətli,faizsiz kreditlərin ayrılması kifayət edər.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın