Təyyarədə uçmaqdan qorxan futbolçu dünyasını dəyişib
Slovakiyanın əfsanəvi futbolçusu və məşqçisi Yozef Adamets vəfat edib.
Tanınmış mütəxəssis 76 yaşında Trnava şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib. Çexoslovakiya yığmasındakı çıxışı ilə məşhurlaşan veteran hücumçu təyyarədən qorxması ilə də ad çıxarıb.
Bildirilir ki, Y.Adamets Slovakiya yığmasına rəhbərlik etdiyi 1999 - 2002-ci illərdə Mərkəzi Amerikada keçirilmiş turnirə uçmaqdan imtina edib. O, 2000-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla səfər oyununa gələn zaman 5 saatlıq uçuş boyu təyyarənin tavanına baxaraq, dua edib.
Qeyd edək ki, 9 oktyabr 1999-cu ildə Bakıda baş tutmuş Azərbaycan – Slovakiya oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın