“Təyyarənin şassilərini əllə açıblar” - “The Times” pilotlarımızın qəhrəmanlığından yazdı
Azərbaycan Hava Yollarına məxsus “Embraer” təyyarəsinin pilotları qəzaya uğrayan təyyarəni qəza enişinə çatdırmaq üçün böyük çətinliklərlə mübarizə aparıblar.
Bunu Britaniyanın “The Times” nəşri AZAL pilotlarının qəhrəmanlığını şərh edərkən yazıb: “Video görüntülərdən görünür ki, qəlpələr təyyarənin arxa hissəsini vuraraq hər üç paralel hidravlik sistemi sıradan çıxarıb. Toqquşmadan 7 dəqiqə sonra pilot "Hidravlika indi sıradan çıxıb" deyib. Uçuşa nəzarət zəiflədikcə ekipaj qanadlara quraşdırılmış iki reaktiv mühərrikin hər birinin gücünü oynatmaqla, təyyarənin tanqajına və hündürlüyə nəzarət etməyə çalışıb. Enişə yaxınlaşanda ekipaj eniş şassisini əl ilə aça bilib, lakin görünür, klapanlar və spoylerlər normal eniş üçün lazım olan şəkildə olmayıb”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın