Tiflisdə nazir müavini və daha iki səfir aksiyaya qoşuldu

Tiflisdə nazir müavini və daha iki səfir aksiyaya qoşuldu 

Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya Tiflisdəki etiraz aksiyalarına dəstək olaraq vəzifəsindən istefa verib.

Bu barədə "Formula" telekanalı XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

Bundan əlavə, ölkənin ABŞ və Litvadakı səfirləri David Zalkaliani və Salome Şafakidze də istefa verdiklərini bəyan ediblər.

Qeyd edək ki, daha öncə Gürcüstanın Niderland Krallığındakı səfiri David Solomonia və Bolqarıstandakı səfir Otar Berdzenişvili də ölkənin AB-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmasına etiraz olaraq istefa verib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi