Toy biznesində mafiyalaşma – Nura Suridən şadlıq sarayları haqda

Toy biznesində mafiyalaşma – Nura Suridən şadlıq sarayları haqda ŞOK İDDİALAR

"Dünyada belə şey yoxdur, toyları da monopoliya ediblər".

Bu sözləri müğənni Nura Suri deyib.

Müğənni toy sektorunda özbaşınalığın hökm sürdüyünü qeyd edib:

"İnsanlar gedib toy danışır şadlıq evlərində, behi alandan sonra şərtlər ortaya çıxır. Müştəri müğənni istəyir, deyirlər ki, ancaq bizim siyahıdakı müğənnilər olmalıdır, dekor şirkəti ancaq bizim dediyimiz şirkət olmalıdır, video, foto, tort və sair ancaq öz işlədikləri şirkətlər ola bilər. Başqa heç kəs həmin şadlıq sarayında işləyə bilməz. Bildiyiniz dərəbəylikdir. Bir yaxınım gedib toy danışmağa, behi verib, gün götürüblər, indi şadlıq sarayı başlarına oyun açır. Bütün şadlıq saraylarında demək olar ki, vəziyyət belədir. Bu səbəbdən də bütün toylar eynidir. "Déjà vu" yaşanır bütün toylarda".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi