Tramp İsrailə qarşı sanksiyalara qarşı çıxmadı

Tramp İsrailə qarşı sanksiyalara qarşı çıxmadı 

Tramp administrasiyası İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsində iştirak edən israilli məskunlaşanlara və qurumlara qarşı sanksiyaların tətbiqinə dair Böyük Britaniyanın rəhbərlik etdiyi təşəbbüsə qarşı çıxmayıb.

Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Britaniyanın Baş naziri Endi Börnhem açıqlamadan əvvəl ABŞ Prezidenti Donald Trampı bu barədə məlumatlandırıb. Tramp etiraz etməyib və Böyük Britaniyadan planını dəyişməsini istəməyib.

ABŞ rəsmiləri həmçinin Britaniyaya bildiriblər ki, İsrailin İordan çayının qərb sahili ilə bağlı siyasətindən narahatlıqları bölüşürlər, baxmayaraq ki, sanksiyaların özünü dəstəkləməyiblər”, - məlumatda bildirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər