
Tramp Türkiyəyə min nəfərə yaxın nümayəndə heyəti ilə gəlir
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də təxminən min nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək.
Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
O, əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Görüşün yekununda iki liderin birgə mətbuat konfransı keçirməsi də gözlənilir.
Bildirilir ki, Tramp Türkiyəyə prezident limuzinini və prezident helikopterini də gətirəcək./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın