"Tramp Ukraynaya AES-ə Amerika mülkiyyətini təklif etdi" –

"Tramp Ukraynaya AES-ə Amerika mülkiyyətini təklif etdi" – Ağ Ev

“ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə deyib ki, atom elektrik stansiyalarına Amerikanın sahibliyi onlar üçün ən yaxşı müdafiə olacaq”.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.

Onun sözlərinə görə, Tramp Zelenski ilə Ukraynanın elektrik təchizatı və atom elektrik stansiyalarını müzakirə edib:

“Tramp deyib ki, ABŞ elektrik enerjisi və kommunal xidmətlər sahəsində təcrübəsi ilə bu planların həyata keçirilməsində böyük kömək edə bilər. Amerikanın bu stansiyalara sahib olması bu infrastruktur üçün ən yaxşı müdafiə və ölkənin enerji infrastrukturuna dəstək olacaq”.

O, Zelenskinin vətəndaşlarını qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemləri, xüsusilə “Patriot” raket sistemləri tələb etdiyini və Tramp xüsusilə Avropada mövcud variantları tapmaq üçün onunla işləməyə razı olduğunu deyib./Yeniavaz.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər