Trampın prezident seçkilərində yolu açıldı -Nikki Heyli prezidentlik yarışından geri çəkildi

Trampın prezident seçkilərində yolu açıldı -Nikki Heyli prezidentlik yarışından geri çəkildi 

ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.

Bu barədə "Fox News" -ə istinadla dünya mətbuatı  məlumat yayıb.

"Təşviqat kampaniyasını dayandırmağın vaxtıdır. Peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmağı dayandırmayacağam”, - deyə o bildirib.

O, seçicilərini qarşıdan gələn seçkilərdə keçmiş prezident Donald Trampı dəstəkləməyə çağırmayıb.

N.Heylinin yarışdan geri çəkilməsi Trampı prezident seçkilərində Respublikaçılar Partiyasından əsas namizəd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər