
Trampın adamı istefa verdi: İranla savaşa qarşıyam!
ABŞ Prezident Administrasiyasında Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent istefa verdiyini açıqlayıb.
C.Kent sosial şəbəkə səhifəsində bu barədə yazıb.
O, İranla müharibəni vicdanla dəstəkləyə bilməyəcəyini bildirib:
"Çox düşündükdən sonra bu gündən etibarən Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsindən istefa vermək qərarına gəldim. İran ölkə üçün heç bir təhlükə yaratmayıb və biz bu müharibəyə İsrail və onun lobbisinin təzyiqi altında başladıq"./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın