Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi 

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brinkin istefa verməsinin səbəbi Donald Tramp administrasiyasının siyasəti ilə razılaşmamasıdır.

Bu barədə "Faynənşl Tayms" öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, Brinkin ABŞ-ın siyasəti nəticəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə işgüzar münasibətləri də pisləşib.

Mənbələrin sözlərinə görə, Ağ Ev rəsmiləri Brinkə təzyiq edirlər.

"Kiyevdəki Qərb diplomatları Brinki "Ukraynanın mühüm müdafiəçisi" və "güclü şəxsiyyət" kimi xarakterizə edərək, həm Tramp, həm də Zelenski administrasiyasının təzyiqlərinin ona mənfi təsir göstərdiyini vurğulayırlar. Səfir son vaxtlar sosial mediadakı ritorikasını Trampın mövqeyinə daha çox uyğunlaşdırmaq üçün dəyişməyə məcbur olub. Nəticədə Krivoy Roqa ballistik raket zərbəsi endirildikdən sonra 9 uşaq da daxil olmaqla, 20 nəfərin ölümü haqda X sosial şəbəkəsindəki yazısında Brink Rusiyanın adını çəkməyib”, - nəşr yazıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2022-ci ilin may ayından Ukraynada səfir vəzifəsində çalışan Bricit Brinkin istefa ərizəsi yazdığını təsdiqləyib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi