Türk ordusu Afrin şəhərinin mərkəzinə doğru irəliləyir-Tarixi zəfər

Türk ordusu Afrin şəhərinin mərkəzinə doğru irəliləyir-Tarixi zəfər 

Türkiyənin Afrində terrorçulara qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının 22-ci günündə türk ordusu şəhərin mərkəzinə doğru 3 kilometr irəliləyib.

Faktinfo.az Publika.az-a istinadən  xəbər verir ki, bu, Afrin əməliyyatında 22 gün sonra bir ilk olaraq dəyərləndirilir.

PYD/YPG terror təşkilatının Eşkan bölgəsindəki kəşfiyyat qərargahı yerlə-bir edildikdən sonra türk ordusu ümumilikdə Afrinin mərkəzinə doğru 11 kilometr irəliləyib.

Məlumata görə, terrorçuların qərargahında 65 PKK üzvü məhv edilib. Bununla yanaşı, dünən gecə keçirilən əməliyyat nəticəsində Eşkan bölgəsinin şimalında səhra-kəşfiyyat qərargahı da məhv edilib. Terrorçular bu qərargahdan xarici kəşfiyyat orqanları ilə əlaqə qurmaq üçün istifadə edirmiş.

Dünən Türkiyə ordusu Hatay bölgəsindən terrorçuların Afrinin Cinderes kəndindəki mövqelərini də bombalayıb.

Hərbi mənbələr, Türkiyə ordusunun Afrində tarixi zəfər qazandığını, terrorçuların təmizlənməsi əməliyyatının uğurla davam etdiyini qeyd ediblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər