"Türkiyə Avropanın ən böyük ordularından birinə malikdir"-

"Türkiyə Avropanın ən böyük ordularından birinə malikdir"- Sibiqa

Türkiyə Ukraynada ədalətli sülhün əldə olunmasında mühüm rol oynaya bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

"Həm potensialını, həm də regionda, xüsusən də Qara dəniz bölgəsində oynadığı rolu nəzərə alsaq, Türkiyənin rolu son dərəcə əhəmiyyətlidir.Türkiyə Avropanın ən böyük ordularından birinə malikdir. Və təbii ki, Ukraynada ədalətli və hərtərəfli sülhə nail olmaq üçün gələcək razılaşmalar kontekstində bu rol mütləq oynanacaq”, - Sibiqa bildirib.

Onun sözlərinə görə, məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2022-ci ildə Qara dənizdə "taxıl dəhlizi” yaradılıb.

"Türkiyə də əsirlərin azad edilməsi prosesində fəal iştirak edib və buna görə minnətdarıq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi