
Türkiyə-Ermənistan sərhədinin daimi olaraq açıldığı barədə iddialar həqiqəti əks etdirmir
Türkiyə-Ermənistan sərhədinin daimi olaraq açıldığı barədə iddialar həqiqəti əks etdirmir.
Son günlər Azərbaycan mediasında Türkiyə-Ermənistan sərhəd qapılarının açılması ilə bağlı yayılan xəbərlər gündəmdədir. Təəssüf ki, müstəqil olmayan, xarici lobbilərin təsiri altında qalan dünya mediasında hər kəsin ağlına gələni yazması adi hala çevrilib. Bu tendensiya Azərbaycanda da açıq şəkildə müşahidə olunur.
Türkiyə Böyükelçiliyinin bütün tədbirlərində ön sırada yer alan jurnalistlər məsələnin nə qədər doğru və ya yanlış olduğunu araşdırmaq üçün Bakıdakı Türkiyə Böyükelçiliyinə müraciət etmədən, heç bir sual vermədən əsassız xəbərləri bari siz yayımlamayın. Beləliklə, bu tip yalan məlumatlar yayaraq Türkiyə və Azərbaycan arasındakı münasibətləri sarsıtmağa çalışırlar.
Türkiyənin rəsmi diplomatik mənbələri ilə əlaqə saxlayaraq məsələni araşdırdıq.Alican Sərhəd Qapısının açılması daimi bir qərar deyil; yalnız humanitar yardım məqsədilə müvəqqəti icazə verilmişdir.
Xüsusilə, 6 fevral 2023-cü ildə baş verən zəlzələ fəlakətindən sonra Ermənistanın Türkiyəyə göndərdiyi yardımlarda olduğu kimi, bu dəfə də Ermənistan Suriyaya humanitar yardım göndərmək üçün Türkiyə ərazisindən keçid üçün icazə istəyib və bu tələb Türkiyə tərəfindən müsbət qarşılanıb.21 mart 2025-ci ildə Ermənistanın 4 yük maşını (TIR) Alican/Margara Sərhəd Qapısından keçərək Hatay/Cilvegözü üzərindən Suriyaya çatacaq və eyni marşrutla Ermənistana geri dönəcək.
Bu çərçivədə, Türkiyə-Ermənistan sərhədinin daimi olaraq açıldığı barədə iddialar həqiqəti əks etdirmir. Türkiyə sadəcə olaraq humanitar yardım məqsədilə müvəqqəti keçid icazəsi vermişdir.
Bu cür xəbərlərin doğruluğu, diplomatik mənbələrdən təsdiq alınmadan ictimaiyyətə təqdim olunmamalıdır.
Nigar Ögeday - "DİA-AZ"
Bu xəbər üçün şərh yazın