
“Türkiyə ilə əlaqələri dərinləşdirin”- Rütte Aİ liderlərilə təkbətək görüşlərdə nə deyib?
NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına Türkiyə ilə əlaqələri dərinləşdirməyə çağırıb.
Bunu “Financial Times” Aİ rəsmilərinə istinadla yazıb.
Qeyd olunur ki, Rütte bu çağırışı Aİ liderləri ilə təkbətək söhbətlərdə edib. O, Aİ-nin Ankara ilə gərgin münasibətlərinin məqsədəuyğun olmadığını vurğulayıb.
Qeyd olunur ki, Brüssel müdafiə sektorunda öz potensialını artırmaq çərçivəsində Türkiyə və Aİ-yə daxil olmayan digər qonşularla əməkdaşlığı genişləndirmək imkanlarını öyrənir. Bu, ABŞ Prezidenti Donald Trampın Avropadakı NATO müttəfiqlərini təhlükəsizlik zəmanətlərini geri götürməklə hədələdiyi və Rusiya ilə münasibətləri yeniləməyə, Ukraynaya dəstəyi dayandırmağa çalışdığı vaxta təsadüf edir.
Nəşr xatırladıb ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan 2025-ci ilin mart ayının əvvəlində Avropa ölkələrinin nümayəndələri ilə Ukraynaya dəstək və müdafiə məsələlərini müzakirə etmək üçün Londona səfər edib. Mənbələrin bildirdiyinə görə, bu, Rüttenin fevral ayında Aİ liderləri ilə söhbətindən və onlara tövsiyələrindən sonra baş verib. O, Ankara ilə əməkdaşlığın və əlaqənin genişləndirilməsinin vacibliyində israr edib./Azpolitika.info
Bu xəbər üçün şərh yazın