Türkiyə Qara dənizdən qaz çıxarmağa yaxındır – 280 tonluq çən 2200 metr dərinliyə endirildi

Türkiyə Qara dənizdən qaz çıxarmağa yaxındır – 280 tonluq çən 2200 metr dərinliyə endirildi 

Türkiyədə nəşr olunan “Sabah” qəzeti Qara dənizdəki quyulurdan hasil olan qazın toplanması üçün 2200 metr dərinliyə 280 tonluq çənin endirilməsi əməliyyatından yazıb.

“Qara dəniz qazı quruya bir az da yaxınlaşıb. Burada xüsusi kranların və sualtı robotların köməyi ilə dənizin dibinə endirilən nəhəng avadanlıqlar qazı quyulardan toplayaraq magistral kəmərə ötürəcək 280 tonluq nəhəng paylayıcı çən quraşdırılıb. 20 saat davam edən əməliyyat onun bir qarış da sürüşməməsi üçün cərrah dəqiqliyi ilə həyata keçirilib”, - deyə məqalədə qeyd olunur.

“Türkiyə Neft Şirkəti (TPAO) ekipajlarının işçiləri ölkə tarixində ən böyük təbii qaz yatağı kəşfi sayılan Sakaryada gecə-gündüz çalşırlar”,-“Sabah” qeyd edir.

Bundan əvvəl “Sabah” qəzeti Türkiyənin Qara dənizdəki Sakarya yatağından 540 milyard kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacağını yazmışdı. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə gəlməlidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi